Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Maldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə paylaşım edib.
"Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu ilə ölkələrimizin iqtisadi əlaqələrinin inkişaf perspektivlərini dəyərləndirdik", - paylaşımda deyilir.






