02 Fevral 2023, 15:49
Rafael Varan milli karyerasını bitirdi

Fransa milli komandasının müdafiəcisi Rafael Varan 29 yaşında milli karyerasını başa vurdu.
"Operativ Media" xəbər verir ki, o, bu qərarını ailəsinə daha çox vaxt ayırmaq üçün verib. Rafael Varan millidə 93 oyunda iştirak edib və 2 dəfə milli ilə kubok sevinci yaşayıb (Dünya Çempionatı və Millətlər Liqası).