03 Fevral 2023, 10:47
Klaus Yohannis: Cənub Qaz Dəhlizi hazırda həmişəkindən daha vacibdir
Klaus Yohannis: Cənub Qaz Dəhlizi hazırda həmişəkindən daha vacibdir şəkil
Klaus Yohannis: Cənub Qaz Dəhlizi hazırda həmişəkindən daha vacibdir

Cənub Qaz Dəhlizi özünün Avropanın enerji təhlükəsizliyi üçün strateji vacibliyini sübut edib. Hazırda bu dəhliz həmişəkindən daha vacibdir.

"Operativ Media" xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Rumıniya dövlət başçısının sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra geosiyasi vəziyyət dəyişib.

Klaus Yohannis qeyd edib ki, Avropa İttifaqı və üzv ölkələr enerji resursları istiqamətində alternativlərə üz tutub. Bu mənbələrdən biri də Azərbaycandır və Azərbaycan etibarlı tərəfdaşdır.

Rumıniya dövlət başçısı xatırladıb ki, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın əsası 2009-cu ildə qoyulub: “2022-ci ildə biz enerji sahəsində görünməmiş çətinliklərlə üzləşdik. Bu çətinliklərə cavab vermək üçün Aİ hərtərəfli addımlar atıb. Azərbaycandan idxal olunan qaz regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətirib. Biz Azərbaycanın və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qiymətləndiririk. Biz Xəzər dənizindən daha çox təbii qazın hasil edilməsində maraqlı olaraq qalırıq”.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər