03 Fevral 2023, 11:17
Bakıda “Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib
Bakıda “Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib şəkil
Bakıda “Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib

Paytaxt Bakıda “Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib.

"Operativ Media" xəbər verir ki, dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub. 

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, Agentliyin bu sahədə dəstəyi barədə məlumat verib. Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir. Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar. KOBİA-nın təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif tədbirlər sahibkarların şəbəkələşməsinə öz töhfəsini verməkdədir. Keçirilən tədbirlər zamanı sahibkarlar və digər maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin edilir.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər