"Qəbələ" klubunun üzvü milliyə cəlb edildi

Əziz Əzizli
"Qəbələ" klubunun üzvü milliyə cəlb edildi

Fevralın 4-dən 12-dək Antalyada təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

"Operativ Media" AFFA-ya istinadla xəbər verir ki, “Turan Tovuz” klubunun üzvü Hüseyn Hüseynov səhhəti ilə əlaqədar heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ” klubunun üzvü Okan Təhməzli hazırlıq prosesinə cəlb olunub.

Digər xəbərlər