http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Klaus Yohannis: Rumıniya Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıdır

03 Fevral 2023 , 12:11
Klaus Yohannis: Rumıniya Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıdır

2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Cənub Qaz Dəhlizinin Avropa İttifaqının şaxələndirmə strategiyasının əsas komponenti kimi rolunun gücləndirilməsinə yol açır.

"Operativ Media" xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Klaus Yohannisin sözlərinə görə, Rumıniya Avropanın enerji tələbatlarının qarşılanmasında Azərbaycana və Cənub Qaz Dəhlizinə mühüm töhfəsini verdi və bunu etiraf etdi.

“Rumıniya Mərkəzi və Cənub Şərqi Avropada yeni bazarlara doğru dəhlizin inkişafına və genişləndirilməsinə yönəlmiş səylərə qoşulmaqda öz davamlı öhdəliyini qeyd edir. Biz artan milli istehlakımızı əhatə etmək üçün Xəzər qazının əlavə həcmlərinin alınmasında çox maraqlıyıq”, - deyə Rumıniya Prezidenti vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Ayxan Hacızadə: Sülh layihəsi üzrə yekun razılaşma yoxdur

Ayxan Hacızadə: Sülh layihəsi üzrə yekun razılaşma yoxdur

İran prezidenti BMT Baş Assambleyasında iştirak edəcək

İran prezidenti BMT Baş Assambleyasında iştirak edəcək

Rafael Qrossi yaxın vaxtlarda İrana səfər edəcək

Rafael Qrossi yaxın vaxtlarda İrana səfər edəcək

XƏBƏR LENTİ
  • 12:28

    Ayxan Hacızadə: Sülh layihəsi üzrə yekun razılaşma yoxdur
  • 12:23

    İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb
  • 12:06

    Xavyer Tebas: "Mançester Siti" maliyyə feyr-pleyi qaydalarını pozub
  • 11:48

    Məhkəmə “Medsol" şirkəti ilə bağlı cərimə qərarını açıqlayıb
  • 11:47

    Balakəndə əməliyyatlar zamanı narkotik plantasiyaları salan 5 nəfər saxlanılıb
  • 11:42

    Bakı-Sumqayıt elektrik qatarları ilə ötən gün 37 minə yaxın sərnişin daşınıb
  • 11:40

    Aİ Rusiyanın aktivlərindən Ukraynaya silah almaq üçün 1,4 milyard avro gəlir ayırıb
  • 11:36

    Rusiyada saxlanılan keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb
Menyu