03 Fevral 2023, 12:24
İngiltərədə futbol klubuna sahib olmaq çətinləşir
İngiltərədə futbol klubuna sahib olmaq çətinləşir şəkil
İngiltərədə futbol klubuna sahib olmaq çətinləşir

İngiltərə futbolunda klub sahibliyinə əsaslı dəyişikliklərin edilməsi planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, İngiltərə futbolunda kluba sahib olmaq əvvəlkindən daha çətin olacaq.  Hökumətin etdiyi silsilə dəyişikliklərlə komandaları satın alan imkanlılar klubda hər istədikləri dəyişikliyi edə bilməyəcəklər.

Bu yaxınlarda “Çelsi” azarkeşləri Avropa Superliqasına qarşı şiddətli etiraz aksiyaları təşkil etmişdlər. Azarkeşlərin reaksiyası ilə Avropa Superliqası planı dayandırılmışdı. Yeni dövrdə belə ideyaların güclənməsinin qarşısı alınmış olacaq.

Roman Abramoviç kimi adların Premyer Liqadan kənar tutulmasını asanlaşdırmaq da planlaşdırılır.

Azarkeşlər öz klublarında daha çox söz sahibi olacaqlar və klub sahiblərinin klubun rənglərini və gerblərini asanlıqla dəyişməsinin qarşısı alınacaq.

Yeni reqlament klubların qanuni lisenziya almaq üçün yerinə yetirməli olduğu dörd ciddi tələbi tətbiq edəcək. Klublar yalnız Federasiya tərəfindən təsdiq edilmiş turnirlərdə iştirak edə biləcəklər.

 Sərvətlərini qanuni yolla topladıqlarını sübut edə bilməyən multi-milyonerlərin şirkət ələ keçirməsinə qadağa qoyulacaq. Böyük Britaniyanın mədəniyyət naziri tənzimləməni 2024/2025 mövsümündən tətbiq etməyi planlaşdırır.

 

Son xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?
Böyük Dəbilqə: Azərbaycan turniri medalsız başa vurdu
Prezident: Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi böyük məmnunluq doğurur
Məhkəmə Əkrəm İmamoğlu barəsində həbs qərarı verib