Mikayıl Cabbarov Kadri Simsonla görüşüb
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə bildirib.
"Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson ilə yaşıl enerjiyə keçid strategiyası, resurslardan səmərəli istifadə və enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdıq. Azərbaycanda bərpa olunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir", - nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net