Ülvi İsgəndərov 100-ə çatdı
Əziz Əzizli
Misli Premyer Liqasının XX turu “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov üçün əlamətdar olub.
"Operativ Media" xəbər verir ki, 26 yaşlı hücumçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Onun yubileyi “Sabah”la ev görüşümə (0:3) təsadüf edib. Start heyətində meydana çıxan forvard indiyədək Premyer Liqada 17 qola imza atıb.
“Qəbələ”nin yetirməsi olan Ülvi iki klubun heyətində çıxış edib. “Qəbələ”də 82 matçda meydana çıxan hücumçu 14 qola imza atıb. “Sumqayıt”da 18 oyun keçirən İsgəndərov 3 dəfə fərqlənib.
Qeyd edək ki, futbolçunun Premyer Liqada debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2018-ci il fevralın 10-da “Sumqayıt”ın heyətində “Zirə”yə qarşı matçda (1:1) meydana çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net