Pep Qvardiola: "Kanselo həmişə oynamaq istəyir"

Əziz Əzizli
Pep Qvardiola: "Kanselo həmişə oynamaq istəyir"

Qış transfer pəncərəsində "Bavariya" klubunun "Mançester Siti"nin portuqaliyalı müdafiəçisi Joau Kanselonu heyətinə qatmasına Pep Qvardiola münasibət bildirib.

 "Operativ Media" xəbər verir ki, Pep Qvardiola portuqaliyalı futbolçu haqqında bunları deyib:

"Kanselo həmişə oynamaq istəyir, xoşbəxt olmaq üçün oynamalıdır. O, hər bir oyunda oynamaq istəyir və ümid edirəm ki, "Bayern"də bunu bacarar” 

 "Gələn mövsüm Joau ilə nə baş verəcəyini bilmirəm. Onun iş əxlaqı, həvəsi, bacarığına pis nəsə deməyəcəcəm".

Digər xəbərlər