http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qurban Qurbanov: "Gent"lə oyuna qədər komandanı daha yaxşı səviyyəyə gətirmək istəyirik".

04 Fevral 2023 , 16:39
Qurban Qurbanov: "Gent"lə oyuna qədər komandanı daha yaxşı səviyyəyə gətirmək istəyirik".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda "Kəpəz"ə qarşı səfər oyununu şərh edib.

"Operativ Media" xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan matçdan sonra "CBC Sport"a açıqlamasında bunları deyib:

"Gəncədə oynamaq heç də asan deyil. İstənilən vaxt burada problemlərlə üzləmişik. Günorta saat 2-də aktiv oyun göstərmək asan deyil. "Kəpəz" azı 1 xala layiq idi. Bizim də bir neçə qol epizodumuz oldu. Sanki rəqib qapıçıda  maqnit var idi, topu özünə tərəf çəkirdi. Futbolçularıma iradım yoxdur. Onları anlayıram. Lakin istənilən rəqibə qarşı hazırlıqlı olmalıyıq. Hazırda komandanın idman formasını yaxşılaşdırmaq çətindir. Bu, sürətli oyunda daha tez həyata keçə bilər. Tovuzda süni örtükdə, saat 2-də oynamışdıq, "Şamaxı"ya qarşı saat 4-də, bu dəfə də 2-də meydana çıxdıq. İki oyun arasında vaxt da az idi. Uyğun olmayan proqramla başladıq. "Gent"lə oyuna qədər "Sabah"la matçımız var. O görüşə qədər komandanı daha yaxşı səviyyəyə gətirmək istəyirik. Asan olmasa da, başqa variantımız yoxdur. Oyunçuların performansını yaxşılaşdırmağa çalışacağıq".

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

I Liqa: "Qəbələ" 5 qolla qazandı

I Liqa: "Qəbələ" 5 qolla qazandı

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu