İsveçrə Super Liqasında 19-cu turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun da formasını geyindiyi "Grasshopper" "Bazel" klubunu qəbul edib. Matç ev sahibinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. R.Dadaşov oyuna 61-ci dəqiqədə daxil olub və sona qədər meydanda qalıb.