Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXI turunda "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Operativ Media" xəbər verir ki, "CBC Sport" telekanalına danışan mütəxəssis 2:2 hesabıyla başa çatan görüşlı bağlı bunları deyib:
"Gözlənilməz başlanğıc oldu. Sadə epizoddan qol buraxdıq. Kiçik səhv idi. Oyunu dəyişmək üçün çox güc sərf etdik və nail olduq. Çoxlu epizodlardan yararlana bilmədik. Komandamın oyunundan çox razıyam. İkinci dövrəyə yaxşı başlamışıq. Oyun planında inkişaf göz önündədir. Təlim-məşq toplanışında da məqsədimiz bu idi ki, sürətli oynayaq. Hər şeyi edirik ,amma son zərbələrdə dəqiqlik çatmır.
Əsas rəqibimizdən oyun planında üstünük. Çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq. Futbolçular haqda danışmağı sevmirəm. Səhvlər qaçılmazdır. Həddindən artıq çox sadə qollar buraxırıq. İlk dövrədə də belə idi, indi də. Çempionatı təhlil etsək, bizim qədər asan qol buraxan komandanın olmadığını görərik.
Bizim penalti vuranımız Hamidu Keytadır, sonra Rəhim Sadıxov. Keyta zədə almışdı və ona görə Rəhim penaltini özünə götürdü. Qol epizodlarımız qola çevrilmir. Səbrli olmalıyıq. Oyunumuz daha keyfiyyətlidir".
Sadıqov yeni transferlərdən İbrahim Abbas və Vladislav Kulaçın da zədəli olduğunu dedi:
"Vladislav Kulaç məşqdə zədələndi. Bir az vaxt çəkəcək. Yeni transfer İbrahim Abbasın da zədəsi var və 3-4 həftə olmayacaq. Kulaç da qarşıdakı bir ayda bizimlə olmayacaq".