Çin ABŞ-yə səfər edən vətəndaşlarına xəbərdarlıq edib
Əsəd Abbaslı
Çinin Mədəniyyət və Turizm Nazirliyi ABŞ-yə səfər etməyi planlaşdıran turistlərə səyahət riskləri barədə xəbərdarlıq edib.
Operativ Media xəbər verir ki, nazirlik çinli turistlərə ABŞ-də səyahət zamanı diqqətli olmağı tövsiyə edib.
Çinin Təhsil Nazirliyi isə ABŞ-nin Ohayo ştatında Çin üçün əlverişsiz hesab edilən müddəaları özündə cəmləşdirən, Çin-ABŞ təhsil müəssisələri arasında akademik mübadilələrə məhdudiyyətlər qoyan ali təhsil haqqında qanunun qəbulundan sonra bu ölkədə təhsil haqqında xəbərdarlıq edib.
Qurumun bəyanatında ABŞ-nin bəzi ştatlarında təhsil almağı planlaşdıran çinli tələbələrə təhlükəsizlik risklərini hərtərəfli qiymətləndirmək və ayıq olmaq tövsiyə edilib.
Qeyd edək ki, hər iki qurumun xəbərdarlığı son zamanlar iki ölkənin iqtisadi və ticarət əlaqələrinin pisləşməsi, habelə texnologiya və akademik əməkdaşlıq sahələrində artan gərginlik fonunda verilib.