Menyu

"Sabah"ın oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

Operativ Media
"Sabah"ın oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
1 dəq oxu

Oktyabrın 20-də "Sabah" futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Operativ Media  xəbər verir ki, bu barədə AYNA məlumat verib.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. "Koroğlu" NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

Xatırladaq ki, "Sabah" - "Borussiya" oyunu oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Əlaqəli Xəbərlər