Menyu

Moldova Ukraynaya etiraz notası göndərib

Operativ Media
Moldova Ukraynaya etiraz notası göndərib
1 dəq oxu

Moldova hakimiyyəti iki Ukrayna sərhədçisinin Dnestr çayını üzərək keçməyə çalışan bir kişini təqib edərkən dövlət sərhədini qanunsuz keçməsindən sonra Ukraynaya etiraz notası göndərib.

Operativ Media xəbər verir ki, bu barədə parlamentin Milli təhlükəsizlik, müdafiə və ictimai asayiş komissiyasının sədri Lilian Karp "Radio Moldova"nın efirində bildirib.

Onun sözlərinə görə, Moldova Xarici İşlər Nazirliyi etiraz notası göndərib və insident həmçinin Ukrayna hakimiyyətinin nümayəndələri ilə müzakirə olunub.

"Ukrayna sərhədçiləri dövlət sərhədi xəttini keçməyə cəsarət ediblər, bu da ciddi pozuntudur. Faktiki olaraq bu, təqibin Moldova Respublikasının sərhəd kəsişməsi xəttinə qədər həyata keçirildiyi ilk ciddi insidentdir", - Karp bildirib.

Əlaqəli Xəbərlər