Menyu

İran: Hörmüz boğazına nəzarətdən başqa alternativimiz yoxdur

Operativ Media
İran: Hörmüz boğazına nəzarətdən başqa alternativimiz yoxdur
1 dəq oxu

İran Hörmüz boğazına nəzarəti milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab edir.

Operativ Media xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Düşənbədə Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə bildirib.

IRNA agentliyinin məlumatına görə, Arif Hörmüz boğazı üzərində suveren hüquqların həyata keçirilməsinin İranın milli təhlükəsizliyi baxımından vacib olduğunu vurğulayıb.

“İranın öz təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməkdən başqa seçimi yoxdur”, – deyə o bildirib.

İran rəsmisi boğaz ətrafında yaranmış mövcud vəziyyətə görə ABŞ-ni məsuliyyət daşımaqda ittiham edib.

Arifin sözlərinə görə, Vaşinqton yaranmış vəziyyətin nəticələrinə görə cavab verməli olacaq.

Əlaqəli Xəbərlər