Menyu

İran Almaniyanın Tehrandakı səfirini XİN-ə çağırıb

Operativ Media
İran Almaniyanın Tehrandakı səfirini XİN-ə çağırıb
1 dəq oxu

İran Almaniya rəsmilərinin Tehrana qarşı açıqlamalarına etiraz edib.

Operativ Media xəbər verir ki, bu məqsədlə Almaniyanın Tehrandakı səfiri Aksel Dittmann İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Rəsmi Tehran Almaniyanın İrana qarşı təhlükəsizliklə bağlı ittihamlarını hərbi təcavüzə dəstəyini ört-basdır etmək cəhdi kimi qiymətləndirib.

“Tehrana qarşı irəli sürülən təhlükəsizliklə bağlı ittihamlar Almaniya hökumətinin hərbi təcavüzü dəstəkləməsini ört-basdır etməsi cəhdidir. Bu cür manevrlər Almaniya hökumətinin müharibə cinayətlərində iştirakına görə beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin qarşısını heç bir şəkildə almayacaq”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, oktyabrın 15-də Hamburq Ali Regional Məhkəməsi İrana casusluq və Almaniyadakı Yəhudilərin Mərkəzi Şurasının prezidenti Josef Schuster və Alman-İsrail Cəmiyyətinin prezidenti Volker Beckə qarşı sui-qəsd cəhdində iştirak ittihamları ilə Danimarka və Əfqanıstan vətəndaşlarını uzunmüddətli həbs cəzalarına məhkum edib.

Almaniya Baş Prokurorluğunun məlumatına görə, əfqan əsilli 54 yaşlı Danimarka vətəndaşı təlimatları birbaşa İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) alıb.

Qeyd edək ki, bu məlumatın açıqlanmasından sonra, oktyabrın 19-da İranın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Əlaqəli Xəbərlər