Menyu

Fransanın Baş naziri bəzi ərazilərdə komendant saatı tətbiq etməyi göstəriş verib

Şəfa Hüseynli
Fransanın Baş naziri bəzi ərazilərdə komendant saatı tətbiq etməyi göstəriş verib
1 dəq oxu

Fransanın Baş naziri Sebastyan Lekornu iğtişaşlar səbəbindən bir neçə rayonda komendant saatı tətbiq etməyi tapşırıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir qərargah iclasında bildirib.

Onun sözlərinə görə, prefektlər bu məsələ ilə bağlı məqsədyönlü tədbirlər görəcəklər.

Qeyd edilib ki, məqsəd təkcə vətəndaşları deyil, həm də pərakəndə satış məntəqələrini qorumaqdır.

O əlavə edib ki, zərurət yaranarsa, ölkədə fövqəladə vəziyyət elan edilə bilər, lakin hazırda "qismən komendant saatı tətbiq etmək tədbirləri daha məqbuldur".

Əlaqəli Xəbərlər