Menyu

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Operativ Media
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər
1 dəq oxu

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Operativ Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

​Görüşdə hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlər və həyata keçirilən tədbirlərə dair ətraflı fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

​Sonra qonaqlar müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş təlimin qərargahında olub, aviasiya texnikalarına baxış keçiriblər.

Əlaqəli Xəbərlər