Menyu

Sürix–Şanxay marşrutu Bakıya məcburi eniş edib

Operativ Media
Sürix–Şanxay marşrutu Bakıya məcburi eniş edib
1 dəq oxu

Oktyabrın 19-da “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Operativ Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.

“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.

Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.

Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək.

Əlaqəli Xəbərlər