Rusiya və ABŞ arasında məhbus mübadiləsi olub

admin
Rusiya və ABŞ arasında məhbus mübadiləsi olub
Rusiya və ABŞ BƏƏ-də məhbus mübadiləsi aparıb.

ABŞ və Rusiya kəşfiyyatları Əbu-Dabidə məhbusların mübadiləsini həyata keçirib.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” yayıb.

Qəzet onu da yazıb ki, tərəflər bu addımı qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə əsaslandırıb.

Rusiya tərəfi bu ölkə ilə bərabər həm də ABŞ vətəndaşlığını daşıyan, dövlətə xəyanətdə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum olunan Kseniya Karelinanı azad edib.

Rəsmi Vaşinqton isə 2023-cü ildə həbs olunmuş Artur Petrovu Rusiyaya təhvil verib.

A. Petrov 2023-cü ildə Cənubi Kiprin ərazisində ABŞ-ın sorğusu əsasında həbs edilib. Sonradan olan məxfi xarakterli mixroelektron cihazların qanunsuz ixracı ilə bağlı ittiham verilib.

Digər xəbərlər