Rusiya Yaponiyaya xəbərdarlıq edib

admin
Rusiya Yaponiyaya xəbərdarlıq edib
Rusiya Ukraynaya silah tədarük edəcəyi təqdirdə Yaponiyanı sərt tədbirlərlə hədələyib.

Yaponiyanın Ukraynaya silah və hərbi texnika tədarük edəcəyi təqdirdə Rusiya sərt tədbirlər görəcək.

Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Yaponiyanı xəbərdar edirik. Yaponiyanın Ukraynaya Rusiya vətəndaşlarını öldürmək və ya ukraynalı yaraqlıların təliminə kömək etmək üçün istifadə olunacaq silah və hərbi texnika ilə birbaşa və ya dolayısı ilə təmin edilməsində iştirak etmək üçün atdığı hər hansı addım bizim tərəfimizdən birmənalı olaraq düşmənçilik kimi dəyərləndirilir”, - deyə o bildirib. 

Digər xəbərlər