Ukrayna ədalətli, hərtərəfli və davamlı sülhə nail olmaq üçün bu il müharibəyə son qoymağa çalışır.
Operativ Media xəbər verir verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Türkiyənin Antalya şəhərində Ukrayna icması ilə görüşündə deyib.
"Ukrayna dünyanın hər bir dövləti kimi sülh axtarır. Biz müharibəni bu il bitirmək istəyirik. Ukrayna üçün ədalətli, hərtərəfli, davamlı sülhə nail olmaq arzusundayıq", - Sibiqa deyib .






