Ana səhifə / Dünya / ABŞ-nin gündəlik gəliri 3,5 milyard dollara qalxıb ABŞ-nin gündəlik gəliri 3,5 milyard dollara qalxıb 10.04.2025, 21:48 Əsəd Abbaslı ABŞ xarici idxal tariflərindən gündə təxminən 3,5 milyard dollar gəlir əldə edir. Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb. “Bu rəqəm yəqin ki, gündə 3,5 milyard dollardır”, - Tramp deyib. Tramp iki gün öncə qeyd etmişdi ki, ABŞ-nin idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir. Xatırladaq ki, aprelin 10-da Tramp Çindən gələn mallara rüsumları 145%-ə qaldırıb. Teqlər: "AB\u015e-nin g\u00fcnd\u0259lik g\u0259liri 3 5 milyard dollara qalx\u0131b"