Lukaşenko: Ordumuzun gücünü göstərməyin vaxtıdır

Əsəd Abbaslı
Lukaşenko: Ordumuzun gücünü göstərməyin vaxtıdır
Öz imkanlarımızı da göstərməyin vaxtıdır.

Minsk və Moskva Brestdən tutmuş Vladivostoka qədər ümumi vətənlərini birgə müdafiə etmək niyyətindədirlər.

Operativ Media xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, davam edən xüsusi hərbi əməliyyata baxmayaraq, o, Rusiya Prezidenti Vladimir Putinlə mümkün yeni təhdidləri və istiqamətləri nəzərə almağa razılaşıb.

“Biz birgə hərbi təlimlər keçirəcəyik. Əsas rolu Belarus oynamalıdır, çünki Rusiya qoşunlarının əhəmiyyətli hissəsi hazırda başqa istiqamətlərdə fəaliyyət göstərir. Öz imkanlarımızı da göstərməyin vaxtıdır”, - Lukaşenko qeyd edib.

Digər xəbərlər