Ermənistan və Birləşmiş Krallıq arasında strateji dialoq müzakirə olunub

Əsəd Abbaslı
Ermənistan və Birləşmiş Krallıq arasında strateji dialoq müzakirə olunub
Tərəflər Ermənistan və Birləşmiş Krallıq arasında strateji dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan nümayəndə heyəti ilə Birləşmiş Krallığın parlament üzvü Stefen Daunti arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri "X" hesabında paylaşım edib.

Tərəflər Ermənistan və Birləşmiş Krallıq arasında strateji dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Regional məsələlərə toxunularkən Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının Cənubi Qafqazda sabitlik üçün əsas addım olduğu vurğulanıb.

Həmçinin humanitar məsələlər də gündəmə gətirilib.

Digər xəbərlər