Husilər ABŞ-nin təyyarədaşıyan gəmisini vurub

Əsəd Abbaslı
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisini vurub
Hücumun raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyi bildirilib.

Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Harry Truman" təyyarədaşıyan gəmisinə və onu müşayiət edən döyüş gəmilərinə yeni zərbə endirdiyini bəyan edib.

Operativ Media xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya teleqram kanalında məlumat verib.

Hücumun raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyi bildirilib.

Hərəkatın sözçüsü qeyd edib ki, hücum Qırmızı dənizin şimal hissəsində baş verib.

"Mübarizə Qırmızı dənizin şimal hissəsində ABŞ-nin ‘Harry Truman’ aviadaşıyıcısının rəhbərlik etdiyi düşmənin döyüş gəmilərinə zərbələr endirməkdə davam edir,” – deyə o bildirib.

O əlavə edib ki, bu əməliyyat ABŞ-nin Yəmənə qarşı davam edən təcavüzünə cavab olaraq həyata keçirilib və zərbələr onun bölgədəki hərbi təsirini zəiflətməyə yönəlib.

Digər xəbərlər