Floridada təyyarə qəzası baş verib
Əsəd Abbaslı
ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzası nəticəsində azı 3 nəfər həyatını itirib.
Operativ Media xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Bildirilir ki, kiçik ölçülü Cessna 310R tipli təyyarə Boka Raton şəhərində yollardan birinə çırpılıb.
Təyyarədə olan bütün şəxslər hadisə yerində ölüb.
Qəza zamanı avtomobillərdən birinin sürücüsü isə xəsarət alıb.
Hazırda qəzanın səbəbləri açıqlanmayıb.
Məlumata görə, təyyarə Boka Ratondan Floridanın şimalında yerləşən Tallahassi şəhərinin beynəlxalq hava limanına uçurdu.
Hadisə ilə bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net