Ana səhifə / Dünya / Rusiyada 13 Ukrayna PUA-sı vurulub Rusiyada 13 Ukrayna PUA-sı vurulub 13.04.2025, 09:48 Əsəd Abbaslı Rusiya ərazisində gecə ərzində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Operativ Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin məlumatına görə, Rostov vilayətində 12, Belqorod vilayətində isə 1 dron vurulub. Sözügedən PUA-lar təyyarə tipli olub və hava hücumundan müdafiə vasitələri tərəfindən operativ şəkildə zərərsizləşdirilib. Teqlər: "Rusiyada 13 Ukrayna PUA-s\u0131 vurulub"