Menyu

Belarusda ikinci Atom Elektrik Stansiyası inşa olunacaq

Əsəd Abbaslı
Belarusda ikinci Atom Elektrik Stansiyası inşa olunacaq
1 dəq oxu

Belarusda ikinci Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı iki mümkün məkan dəyərləndirilir.

Operativ Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Palişuk məlumat verib.

Onun sözlərinə görə, müzakirə olunan variantlardan biri Ostrovedə yerləşən Belarus AES-in (BelAES) əlavə blokunun tikintisidir.

Digər ehtimal isə yeni AES-in Mogilyov vilayətində inşa olunmasıdır.

Əlaqəli Xəbərlər