Menyu

Andrey Sibiqa: Türkiyədə keçirilməsi planlaşdırılan görüş barədə xəbərlər həqiqətə uyğun deyil

Əsəd Abbaslı
Andrey Sibiqa: Türkiyədə keçirilməsi planlaşdırılan görüş barədə xəbərlər həqiqətə uyğun deyil

Rusiya və Ukrayna nümayəndələrinin Qara dənizdə təhlükəsizlik məsələləri üzrə aprelin 15-16-da Türkiyədə keçirilməsi planlaşdırılan görüşü barədə xəbərlər həqiqətə uyğun deyil.

Operativ Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib. 

"Belə bir şey planlaşdırılmamışdı", - deyə nazir qeyd edib.  

Bundan əvvəl CNN Türk Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən aprelin 15-16-da Rusiya və Ukrayna nümayəndələri arasında Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı Ankarada keçirilən görüş barədə məlumat yayıb.

Eyni zamanda, “Hürriyet” nazirliyin bəyanatına istinadən məlumat yayıb ki, Türkiyə hərbi idarəsinin nümayəndələri Qara dənizdə atəşkəs rejiminin necə qorunub saxlanıla biləcəyini müzakirə edəcəklər və görüşdə xarici dövlətlərin hərbi nümayəndələri iştirak edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər