Ekvadorun hazırkı ölkə başçısı Daniel Noboa prezident seçkilərinin ikinci turunun qalibi olub.
Operativ Media xəbər verir ki, bu haqda Ekvador Milli Seçki Şurası (CNE) məlumat yayıb.
"Biz Ekvador xalqına məlumat veririk ki, protokolların 90%-i işləndikdən sonra prezident seçkilərinin ikinci turunun nəticələrində geridönməz tendensiya yaranıb".
Atamaint-in fikrincə, səslərin hesablanmasının nəticələri “xalqın iradəsinin dəqiq əksidir”. Bundan əvvəl Noboanın seçkilərdəki rəqibi Luisa Qonzales məğlubiyyətini etiraf etməkdən imtina edib və səslərin yenidən hesablanmasına çağırıb.
Protokolların 92,64%-i işləndikdən sonra dərc edilən NIS məlumatlarına görə, seçicilərin 55,88%-i Noboaya, 44,12%-i isə Qonzalesə səs verib. Namizədlər arasında fərq 1,1 milyon səsdən çoxdur.
Teqlər:
"Ekvadorda prezident se\u00e7kil\u0259rinin qalibi a\u00e7\u0131qlan\u0131b"