ABŞ və İran arasında nüvə danışıqlarının növbəti raundu aprelin 19-da Romada keçirilə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" xəbər agentliyi məlumat verib.
Xəbər agentliyinin məlumatına görə, ABŞ və İran rəsmiləri arasında görüş Omanın Maskat şəhərindəki dolayı danışıqlardan fərqli olaraq, bir otaqda üzbəüz formatda baş tutacaq.
Bildirilib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ölkənin nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə etmək üçün Tehrana səfər edəcək.






