Menyu

Hindistan və ABŞ ticarət tariflərini müzakirə edəcək

Hindistan və ABŞ ticarət tariflərini müzakirə edəcək

Hindistan və ABŞ aprelin 14-də ticarət əlaqələri üzrə məsləhətləşmələrə başlayacaqlar.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Məlumata görə iki ölkə arasında danışıqlar onlayn şəkildə aparılacaq. 

"Mayın sonuna qədər hər iki tərəf  ticarət sahələrinə güzəştlərə aydınlıq gətirmək istəyir", - agentliyin mənbəsi bildirib.

Qeyd edək ki. Hindistanın Baş naziri Narendra Modi fevral ayında Vaşinqtona səfər edib. Səfər zamanı iki ölkə arasında payıza qədər ticarət sazişi imzalanacağı qeyd olunub. Amma aprelin 2-də ABŞ prezidenti Donald Tramp Hindistana 26 faizlik güzgü rüsumları tətbiq edib, daha sonra isə artan tarifləri 90 gün müddətinə dayandırıb.

Teqlər:

"Hindistan v\u0259 AB\u015e ticar\u0259t tarifl\u0259rini m\u00fczakir\u0259 ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər