Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna silahlı qüvvələrinin itirilmiş əraziləri geri qaytara bilmədiyini etiraf edib.
Operativ Media xəbər verir ki, bu barədə Zelenski CBS News- a müsahibəsində bildirib.
"Hər şeyi qaytarmağa gücümüz çatmır. Bu gün vəziyyət belədir. Buna görə də bu müharibə diplomatik yolla başa çatacaq. Şübhəsiz ki, danışıqlar olacaq. Həm üçtərəfli, həm ikitərəfli.. Biz bu müharibənin diplomatik həllinə nail olacağıq", - deyə Vladimir Zelenski vurğulayıb.






