Ana səhifə / Dünya / Dünyanın ən işlək hava limanları açıqlanıb Dünyanın ən işlək hava limanları açıqlanıb 14.04.2025, 17:50 Qlobal hava limanlarında sərnişin axını 2024-cü ildə 9% artaraq 9,5 milyard nəfərə çatıb. Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Hava Limanları Şurasının (ACI) məlumat yayıb. Dünyanın ən işlək hava limanı 108,1 milyon sərnişinə xidmət göstərən Atlantadakı Amerika Hartsfield-Jackson hava limanı olub. Şərnişin axınına görə ilk beşlik bu şəkildədir: Atlantadakı Amerika Hartsfield-Jackson hava limanı 108,1 milyon sərnişin Dubay Beynəlxalq Hava Limanı 92,3 milyon sərnişin Amerikanın Dallas/Fort-Uort hava limanı 87,8 milyon sərnişin Rokionun Hanedas hava limanı 85,9 milyon sərnişin Londonun Hitrou hava limanı 83,9 milyon səenişin Qeyd edək ki, daha sonra Denver, İstanbul, Çikaqo və Yeni Dehli hava limanları gəlir. Teqlər: "D\u00fcnyan\u0131n \u0259n i\u015fl\u0259k hava limanlar\u0131 a\u00e7\u0131qlan\u0131b"