London Rusiya aktivlərindən gələn gəliri Ukraynaya ayırıb

Əsəd Abbaslı
London Rusiya aktivlərindən gələn gəliri Ukraynaya ayırıb
Pul hava hücumundan müdafiə sistemləri, artilleriya silahları və avadanlıqların təmiri üçün ehtiyat hissələrinin alınmasına sərf olunacaq.

Britaniya hökuməti dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya 752 milyon funt-sterlinq (demək olar ki, 1 milyard dollar) tranş göndərib.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyi məlumat yayıb. 

"Bu gün Ukraynaya 752 milyon funt sterlinqlik ödəniş göndərilib. Bugünkü ödəniş Böyük Britaniyanın üç ayrı tranşa bölünmüş 2,26 milyard funt sterlinqlik kreditinin ikinci hissəsini təşkil edir", - bəyanatda deyilir.

Pul hava hücumundan müdafiə sistemləri, artilleriya silahları və avadanlıqların təmiri üçün ehtiyat hissələrinin alınmasına sərf olunacaq.

Qeyd olunur ki, sonuncu tranş 2026-cı ildə köçürülüb.

Digər xəbərlər