BƏƏ Suriyaya uçuşları bərpa edir

Əziz Əzizli
BƏƏ Suriyaya uçuşları bərpa edir
Birləşmiş Ərəb Əmirlikləri Suriyaya uçuşları bərpa etmək qərarına gəldiyini açıqlayıb.

BƏƏ və Suriya arasındakı uçuşların bərpası üçün lazımlı addımların atılması üçün ortaq koordinasiya davam edir.

Operativ Media xəbər verir ki, bu haqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi xəbər agentliyi WAM məlumat yayıb.

Xəbərdə bildirilir ki, BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi BƏƏ ilə Suriya arasında uçuşların bərpa olunacağını açıqlayıb.

Qurumun məlumatına görə, 13 illik fasilədən sonra uçuşların bərpası üçün lazımi prosedurların tamamlanması üçün birgə koordinasiya səyləri davam edir.

Digər xəbərlər