Çinin iqtisadiyyatı artıb

admin
Çinin iqtisadiyyatı artıb
Çin iqtisadiyyatı birinci rübdə 5,4 faiz artıb

Çin iqtisadiyyatı 2025-ci ilin birinci rübündə 5,4 faiz artıb.

Operativ Media xəbər verir ki. bu barədə ölkənin Milli Statistika Bürosunun (UIB) məlumat verib.

Məlumatda qeyd olunub ki, 2025-ci ilin yanvar-mart aylarında ümumi daxili məhsul (ÜDM) ötən ilin birinci rübü ilə müqayisədə 5,4 faiz artıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara yüksək gömrük rüsumları tətbiqedib. Siyahıya 183 ölkə və Aİ daxildir. Çindən ABŞ-yə idxal olunan məhsullara 34 faiz rüsum tətbiq edilib. Buna cavab olaraq, Çin hakimiyyəti ABŞ-dən gətirilən mallara 34% əlavə rüsum tətbiq etmək qərarına gəlib.

 

Digər xəbərlər