Menyu

Kreml: İrana nüvə proqramı ilə bağlı kömək etməyə hazırıq

Kreml: İrana nüvə proqramı ilə bağlı kömək etməyə hazırıq

Rusiya öz imkanları daxilində İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti siyasi və diplomatik vasitələrlə həll etmək üçün əlindən gələni etməyə hazırdır.

Operativ Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hər şey Vaşinqton və Tehranın davam etdirəcəyi danışıqlardan asılı olacaq. Planlaşdırıldığı kimi, ikinci raundun baş tutacağını gözləyirik. Rusiya Federasiyası siyasi və diplomatik vasitələrlə İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanmasına töhfə vermək üçün öz imkanları daxilində hər şeyi etməyə hazırdır", - deyə o vurğulayıb.

 

Teqlər:

"Kreml: \u0130rana n\u00fcv\u0259 proqram\u0131 il\u0259 ba\u011fl\u0131 k\u00f6m\u0259k etm\u0259y\u0259 haz\u0131r\u0131q"

Əlaqəli Xəbərlər