Menyu

Çin Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edir

Əsəd Abbaslı 2118 baxış
Çin Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edir
1 dəq oxu

Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.

Bildirilir ki, bu ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

Qeyd edək ki, ötən il Azərbaycan Çin vətəndaşları üçün 1 illik vizasız rejim tətbiq etmişdi.

Çin Xalq Respublikasının vətəndaşları 20 iyul 2024-cü il tarixindən 20 iyul 2025-ci il tarixinədək olan 1 il ərzində 3 dəfə Azərbaycana vizasız qaydada səfər edə və hər səfərində 30 günədək ölkədə qala bilərdilər.

Əlaqəli Xəbərlər