Menyu

Aİ Rusiyanın 4 bankına sanksiya tətbiq edəcək

Redaksiya
Aİ Rusiyanın 4 bankına sanksiya tətbiq edəcək
1 dəq oxu

Aİ-nin Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinə dörd bank, o cümlədən "Alfa-Bank" daxil ola bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Sanksiya siyahısına ondan əlavə 130-a yaxın şəxs və təşkilat da daxil edilə bilər. Bundan əlavə, Brüssel Aİ-dən Rusiyaya yük maşınları və tikinti texnikasının ixracını, əks istiqamətdə isə Rusiyadan Avropa ölkələrinə rezin və bitum idxalını qadağan etmək niyyətindədir. Rusiya almaz ixracının qadağan edilib-edilməyəcəyi hələlik məlum deyil.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər