RƏSMİ: "Qalatasaray" heyətinə yeni futbolçu cəlb etdi

Əziz Əzizli
RƏSMİ: "Qalatasaray" heyətinə yeni futbolçu cəlb etdi

Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisi "Hatayspor" klubunun sol cinah müdafiəçisi Samuel Adekuqbeni icarə əsasında heyətinə qatıb.

Qeyd edək ki, "Hatayspor" baş vermiş zəlzələdən sonra Super Liqadan çəkilmişdi. Bu səbəbdən o klubun legioner futbolçuları da yerli statusunda sayılacaq.

Digər xəbərlər