Bibiana Steinhaus Bundesliqaya qəbul olundu. 38 yaşlı referi Almaniyada əsas komandalar arasında oyun idarə edən ilk qadın hakim olacaq.
"Operativ Media" xəbər verir ki, alman Bibiana Steinhaus polis məmuru kimi xidmət edir. Özü də futbol hakimi olan Ştaynhaus Bundesliqaya qəbul olunmaqdan qürur duyur.
38 yaşlı qadın hakim 1999-2007-ci illərdə aşağı liqa matçlarında 80 dəfə fit çalıb. Steinhaus 2011 və 2015-ci illərdə keçirilən FIFA Qadınlararası Dünya Çempionatında və 2012 London Olimpiya Oyunlarında da iştirak edib. Növbəti mövsüm Bundesliqada meydana çıxacaq Bibiana Ştaynhaus Almaniyada böyüklər arasında matçda iştirak edən ilk qadın hakim kimi də tarixə düşəcək.