20 Fevral 2023, 14:25
"Qarabağ"ın Belçikaya səfər planı bəlli oldu
"Qarabağ"ın Belçikaya səfər planı bəlli oldu şəkil
"Qarabağ"ın Belçikaya səfər planı bəlli oldu

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent” ilə qarşılaşacaq “Qarabağ” FK fevralın 21-də Belçikaya yollanacaq.

Ağdam təmsilçisini Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi "KAA Gent" stadionunda "atlılar"ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.

Qeyd edək ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da baş tutacaq.

Son xəbərlər
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib
FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb