Azərbaycan millisinin üzvü Cənubi Koreya klubuna transfer oldu

Əziz Əzizli
Azərbaycan millisinin üzvü Cənubi Koreya klubuna transfer oldu

Azərbaycan millisinin üzvü Anton Krivotsyuk Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuna transfer olunub.

"Operativ Media"  xəbər verir ki, bu barədə onun son klubu Polşa "Visla"sı (Plotsk) məlumat yayıb. Polşa mətbuatı Asiya klubunun oyunçu üçün "Visla"ya 600 min avro ödəyəcəyini yazıb.

24 yaşlı müdafiəçi transferi ilə bağlı Cənubi Koreya klubunun saytına açıqlamasında deyib: "Yeni klubuma gec qoşulmuşam. Buna görə də, komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, kollektivə tez uyğunlaşmağa çalışacağam. “Tecon Xana Sitizen” 8 ildən sonra ötən il yüksək liqaya yüksəlib. Buna görə də, bu ay başlayacaq mövsüm çox vacibdir”.

Digər xəbərlər