Kadinin zədəsi ciddidir - Bu oyunu buraxacaq
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnmiş futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.
"Operativ Media" xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, Kadi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. O, 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.
Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir.
"Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net