Ançelotti Kloppu 4 dəfə məğlub edib

Əziz Əzizli
Ançelotti Kloppu 4 dəfə məğlub edib

Baş məşqçi Karlo Ançelotti və Yurgen Klopp Çempionlar Liqasında idarə etdikləri komandaların başında 6-cı dəfə qarşılaşıblar. Ançelotti Klopp üzərində 4:2 hesablı qələbə qazanıb.

"Operativ Media" xəbər verir ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti və "Liverpul"un baş məşqçisi Yurgen Kloop indiyə qədər rəhbərlik etdikləri komandalarla Çempionlar Liqasında 6-cı dəfə qarşılaşıblar. 

Sözügedən qarşılaşmalarda Ançelottinin komandası 4, Klopp isə 2 qələbə qazanıb. İki məşqçi 2013-2014 mövsümündə Çempionlar Liqasının 1/4 finalında ilk dəfə üz-üzə gələrkən, Ançelottinin rəhbərlik etdiyi "Real Madrid" Kloopun idarə etdiyi "Borussiya Dortmund"u 3:0 hesabı ilə məğlub edərək kubokdan kənarda qoyub.

UEFA Çempionlar Liqasının 2021-2022 mövsümünün finalında "Real Madrid" "Liverpul"u 1-0 hesabı ilə keçib, Karlo Ançelotti isə kuboku muzeyinə aparan məşqçi olub. Klopp 2018-2019 mövsümündə Çempionlar Liqasında Ançelottiyə qarşı son qələbəsini qazandığı halda, italyan baş məşqçi "Napoli"ni çalışdırırdı.

Digər xəbərlər