Türkiyə Super Liqası təmsilçisi "Fənərbaxça" heyətinə yeni futbolçu cəlb edib.
"Operativ Media" xəbər verir ki, İstanbul təmsilçisi Fil Dişi Sahilinin "Sassandra" klubundan 19 yaşlı yarımmüdafiəçi Marius Tresor Doh ilə 2,5 illik peşəkar müqavilə imzalayıb.
Qeyd edək ki, Doh bir müddət U-19 komandası ilə məşq edib.